Ana Sayfa > Karusel / İqtisadiyyat > Yeddi ayda ölkəmizə neft və qazdan 4 milyard dollar gəlir gəlib

Yeddi ayda ölkəmizə neft və qazdan 4 milyard dollar gəlir gəlib


6-08-2024, 14:46. Yazar: Admin

Bu ilin yanvar-iyul aylarında – (01.01.2024 – 01.08.2024 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 3 milyard 607,7 mln. ABŞ dolları təşkil edib. 

Bu barədə Qarabaginfo.az-a ARDNF-dən məlumat verilib.

Şahdəniz yatağından (qaz və kondensat) – (01.01.2024-01.08.2024 tarixinə) gəlir  364,465 mln. ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024-01.08.2024 tarixinə): 113,878 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.


Geri dön