Ana Sayfa > Karusel / Dünya > İlon Mask Britaniya Baş nazirini tənqid edib

İlon Mask Britaniya Baş nazirini tənqid edib


6-08-2024, 14:38. Yazar: Admin

Amerikalı iş adamı İlon Mask Britaniya Baş naziri Kir Starmerin ölkədəki iğtişaşlarla bağlı açıqlamasını tənqid edib.

Qarabaginfo.az xəbər verir ki, Starmer etirazları zorakılıq hesab edib və hökumətin müsəlman icmalarına və məscidlərə hücumlara dözməyəcəyinə əmin edib.

Buna cavab olaraq Mask “Bütün icmalara edilən hücumlardan narahat olmamalısınız?” sualı ilə Starmerə müraciət edib.

Mask Böyük Britaniyada vətəndaş müharibəsinin qaçılmaz olduğunu demişdi. Starmerin mətbuat katibi bu açıqlamasına görə sahibkarı qınayaraq qeyd etmişdi ki, bu cür şərhlərin heç bir əsası yoxdur və zorakılığın hər hansı təhrikçisi qanunun qüvvəsini öz təcrübəsindən yaşayacaq.


Geri dön