Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı təkzib etdi

Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı təkzib etdi


15-10-2020, 16:30. Yazar: Admin

Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı təkzib etdi

 

“Ermənistanın Azərbaycan HHQ-nin Su-25 təyyarəsinin vurulması barədə yaydığı xəbər dezinformasiyadır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Rəsmi olaraq bildiririk ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.


Geri dön