Ana Sayfa > Karusel / Təhsil > BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə


6-08-2024, 12:01. Yazar: Admin

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində elm və təhsil ciddi şəkildə bir-birini tamamlayır. Fakültədə 12 kafedra, 2 mərkəz və Hüquq Klinikası fəaliyyət göstərir.

Universitetdən bildirilib ki, Hüquq fakültəsində bakalavriat səviyyəsində təhsil hüquqşünaslıq ixtisası üzrə əyani və qiyabi formada həyata keçirilir.

Fakültədə Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Konstitusiya hüququ, Cinayət hüququ və kriminologiya, Cinayət prosesi, Kriminalistika və məhkəmə ekspertizası, Əmək və ekologiya hüququ, Mülki hüquq, Mülki proses və kommersiya hüququ, İnsan hüquqları və informasiya hüququ UNESCO, Beynəlxalq ümumi hüquq, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ, Əqli mülkiyyət hüququ kafedraları fəaliyyət göstərir.

Hüquqşünaslıq ixtisası respublikanın hüquq-mühafizə, məhkəmə, ədliyyə, vergi, gömrük orqanları, müxtəlif dövlət və hökumət qurumları üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Bu ixtisası bitirən məzunlar qanunverici, mərkəzi və yerli icra orqanlarında, özəl qurumlarda çalışa, hüquq elminin müxtəlif sahələrində elmi və pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.


Geri dön