Ana Sayfa > Karusel / Dünya > Bayden və Harris Yaxın Şərqi müzakirə ediblər

Bayden və Harris Yaxın Şərqi müzakirə ediblər


6-08-2024, 08:25. Yazar: Admin

Bayden və Harris Yaxın Şərqi müzakirə ediblər

ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris milli təhlükəsizlik komandası ilə qapalı görüş keçirib və bu görüş zamanı Yaxın Şərqdəki vəziyyətin inkişafı ilə bağlı son məlumatlar ələ alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Avqustun 5-də yayılan bəyanatda deyilir: “Görüşdə İran və onun müttəfiqlərinin İsrailə və bölgədəki ABŞ hərbçilərinə qarşı təhdidləri müzakirə edilib".

Bayden və Harrisə İraqdakı Ayn əl-Əsəd aviabazasında ABŞ hərbçiləri arasında itkilərlə nəticələnən raket hücumu barədə məlumat verilib.

Bundan əlavə, ABŞ prezidenti və vitse-prezidenti İsrail dövlətinə hücum zamanı Vaşinqtonun İsrailə hərbi dəstəyini də müzakirə ediblər.


Geri dön