Ana Sayfa > Karusel / Dünya > Britaniya Baş naziri hökumətin fövqəladə komitəsinin iclasını çağırıb

Britaniya Baş naziri hökumətin fövqəladə komitəsinin iclasını çağırıb


5-08-2024, 12:45. Yazar: Admin

Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumətin fövqəladə COBRA komitəsinin iclasını çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sky News” yazıb.

Səbəb mühacirlər əleyhinə etirazlar və iğtişaşlardır.

İclas bazar ertəsi, avqustun 5-nə təyin edilib. Nazirlər və hüquq-mühafizə orqanlarının nümayəndələri zorakılığın artmasına cavabları müzakirə edəcəklər.

Miqrant axınına qarşı etirazlarda Mançesterdə 200-ə yaxın, Portsmutda isə 300-ə qədər insan iştirak edib. Lidsdə keçirilən etiraz aksiyasına 150 ölkə vətəndaşı gəlib. Ümumilikdə 90-dan çox nümayişçi həbs edilib.


Geri dön