Ana Sayfa > Karusel / Dünya > İsrailin hərbi-siyasi rəhbərliyi üçün “Qiyamət günü” bunkeriHAZIRLANIB

İsrailin hərbi-siyasi rəhbərliyi üçün “Qiyamət günü” bunkeriHAZIRLANIB


5-08-2024, 12:33. Yazar: Admin

İsrailin potensial regional müharibəyə hazırlıqlarının bir hissəsi olaraq, İsrail təhlükəsizlik xidməti (Şin Bet/Şabak) Qüdsdə siyasi və hərbi rəhbərliyin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yeraltı komandanlıq bunkerinin yaradılmasını tamamlayıb.

Qarabaginfo.az xəbər verir ki, “Walla” yazır ki, İran və Livandan gələn hücum təhdidlərinə görə Qüdsdəki komandanlıq bunkeri əməliyyat üçün hazırdır.

Bunker istənilən növ hücumdan qorunur və hərbi-siyasi elitanın uzun müddət qalması üçün lazım olan hər şeylə təchiz olunub. O, həmçinin Kiriya kompleksindəki bunkerlə kommunikasiyalar vasitəsilə bağlıdır.

Bunkerin Yerusəlim dağlarında yerləşdiyi güman edilir, lakin onun dəqiq yeri sirr olaraq qalır. Belə bir komanda mərkəzinin yaradılması qərarı ikinci Livan müharibəsinin dərslərini öyrənən komissiyanın tövsiyələri əsasında qəbul edilib.

Milyardlar dəyərində olan bu nəhəng layihə Müdafiə Nazirliyinə həvalə edilib və yerin dərinliklərində yerləşən yaşayış sahələri olan zallar, iclas otaqları və ofislər də daxil olmaqla müxtəlif binaların tikintisini əhatə edib.

Gözlənilir ki, İsrail hökuməti böyük müharibə zamanı, xüsusən də İsrailin mərkəzi güclü hücuma məruz qaldıqda, görüşlərini bu bunkerdə keçirəcək.


Geri dön