Ana Sayfa > Karusel / İqtisadiyyat > Aİ Belarusdan olan 28 dövlət məmuruna sanksiya tətbiq edib
Aİ Belarusdan olan 28 dövlət məmuruna sanksiya tətbiq edib5-08-2024, 11:35. Yazar: Admin |
Avropa İttifaqı Şurası Belarusdan olan 28 dövlət məmuruna qarşı sanksiya tətbiq edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu şəxslər Belarusda daxili repressiyalar və insan hüquqlarının pozulmasında iştirak edir. Sanksiya tətbiq olunan şəxslər arasında Belarus Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (HUBAZiK) iki rəis müavinin, 2020-ci il prezident seçkilərinə etiraz edən və ya Lukaşenko administrasiyasına qarşı fikirlər səsləndirən vətəndaşlara qarşı siyasi motivli hökmlər çıxaran prokurorlar və çoxsaylı hakimlər də var. Bundan başqa, müxtəlif islah müəssisələrinin (həbsxanalar və istintaq təcridxanası) rəhbərlərinə də sanksiya tətbiq olunub.
Geri dön |