Ana Sayfa > Karusel / Dünya > Papa Fransisk Qəzzayla bağlı çağırış edib

Papa Fransisk Qəzzayla bağlı çağırış edib


5-08-2024, 08:48. Yazar: Admin

Papa Fransisk Qəzzayla bağlı çağırış edib

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk Yaxın Şərqdəki gərginliyi narahatlıqla izlədiyini və bölgədəki qanlı və şiddətli qarşıdurmaların daha da genişlənməyəcəyinə ümid etdiyini bildirib.

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vatikanın rəsmi “Vatican News” saytının məlumatına görə, Papa Vatikanın Müqəddəs Pyotr meydanında hər bazar günü yerinə yetirilən Angelus ayinindən sonra çıxış edib.

Papa hədəfli hücumların heç vaxt həll yolu ola bilməyəcəyini, əksinə, daha çox nifrət və intiqam doğuracağını bildirib.

Qəzzada və münaqişələrin baş verdiyi bütün bölgələrdə atəşkəsə çağıran Papa, Yaxın Şərqdəki gərginliyi narahatlıqla izlədiyini bildirib.


Geri dön