Ana Sayfa > Karusel / Siyasət > ABŞ amerikalıları həbsdə saxladığına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ amerikalıları həbsdə saxladığına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər


4-08-2024, 22:13. Yazar: Admin

ABŞ amerikalıları həbsdə saxladığına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ, vətəndaşlarını qeyri-qanuni həbsdə saxladığı iddiası ilə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz amerikalılara Rusiyaya getməməyi tövsiyə etdik. Levinson qanunundan istifadə edərək sanksiyalar tətbiq etdik və bunu bir daha edəcəyik”, - deyə o, "Fox News"-a müsahibəsində bildirib.

Qeyd edək ki, 2013-cü ildə ABŞ Konqresi Robert Levinson Aktını təsdiqləmişdi. Bu qanun ABŞ hakimiyyətinə həmvətənlərinin qanunsuz olaraq həbs edildiyi iddia edilən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə imkan verir.


Geri dön