Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna ordusu Krımda Rusiyaya məxsus sualtı qayığı vurub
Ana Sayfa > Karusel / Region > Ukrayna ordusu Krımda Rusiyaya məxsus sualtı qayığı vurub

Ukrayna ordusu Krımda Rusiyaya məxsus sualtı qayığı vurub


4-08-2024, 00:01. Yazar: Admin

Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyaya məxsus sualtı qayığa və S-400 zenit-raket kompleksinə hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, avqustun 2-də Ukrayna Silahlı Qüvvələrinin raket qoşunlarının bölmələri Hərbi Dəniz Qüvvələrinin bölmələri ilə əməkdaşlıq edərək “Triumf” hava hücumundan müdafiə sisteminin 4 buraxılış qurğusuna zərər vurub.

Bundan əlavə, ukraynalı əsgərlərin Sevastopol limanına hücumu nəticəsində Rusiyanın Qara dəniz donanmasının “Rostov-na-Don” sualtı qayığı vurulub.

B-237 “Rostov-na-Don” sualtı qayığı kalibrli raketləri vura bilən dörd “Kilo” sinif sualtı qayıqdan biridir. “Rostov-na-Don” 2014-cü il dekabrın 26-da istifadəyə verilib(azərtac).


Geri dön