Ana Sayfa > Karusel / Region > Haniyənin ölümü ilə bağlı yüksəkrütbəli hərbçilər həbs edildi
Haniyənin ölümü ilə bağlı yüksəkrütbəli hərbçilər həbs edildi3-08-2024, 11:37. Yazar: Admin |
İranda HƏMAS lideri İsmayıl Haniyənin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 20-dən çox şəxs, o cümlədən yüksəkrütbəli hərbçilər həbs edilib. Bu barədə Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir. Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub. “New York Times” qəzeti mənbələrinə istinadən yazır ki, təhlükəsizlik xidmətlərinin onlarla əməkdaşı dindirilmək üçün saxlanılıb. Həmçinin mərhum Haniyənin qaldığı qonaq evinin ştat işçiləri də saxlanılıb. Geri dön |