Ana Sayfa > Karusel / Dünya > İsveç Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb
İsveç Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb3-08-2024, 08:51. Yazar: Admin |
İsveçin xarici işlər naziri Tobias Billström təhlükəsizlik riski səbəbilə ölkəsinin Beyrut səfirliyinin müvəqqəti bağlanması ilə bağlı qərar qəbul olunduğunu açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, Billström İsveçin TV4 kanalına verdiyi açıqlamada bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbilə Beyrutdakı səfirliyi avqust ayı boyunca müvəqqəti olaraq bağlamaq qərarına gəldiklərini bildirib. Beyrutda xidmət edən isveçli diplomatlara da Livanı tərk etməklə bağlı göstəriş verilib. Nazir səfirliyin bağlı qalacağı müddətin vəziyyətdən asılı olaraq uzadıla biləcəyini deyib. Nazirlik həmçinin ölkə vətəndaşlarına Livanı tərk etməyi və bu ölkəyə səfər etməməyi tövsiyə edib. Geri dön |