Ana Sayfa > Karusel / Region > Rostov vilayəti 55 pilotsuz təyyarənin hücumuna məruz qalıb

Rostov vilayəti 55 pilotsuz təyyarənin hücumuna məruz qalıb


3-08-2024, 08:45. Yazar: Admin

 

Rostov vilayəti 55 pilotsuz təyyarənin hücumuna məruz qalıb

Rusiyanın Rostov vilayəti gecə saatlarında Ukraynaya məxsus 55 pilotsuz təyyarənin hücumuna məruz qalıb.

Qarabaginfo.az xəbər verir ki, vilayətin qubernatoru Vasili Qolubev hücumlar nəticəsində insan tələfatının və xəsarət alanların olmadığını bildirib.

“Dünən gecə Rostov vilayətinin ərazisi Ukraynaya məxsus 55 PUA-nın hücumuna məruz qalıb”, - deyə o, Telegram kanalında yazıb.

Qubernator həmçinin bildirib ki, pilotsuz uçan aparatların düşdüyü yerlərdə dağıntıların aradan qaldırılmasına fövqəladə hallara müdaxilə xidmətləri cəlb olunub.


Geri dön