Ana Sayfa > Karusel / İnfrastruktur > Paytaxtın mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Paytaxtın mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


2-08-2024, 22:21. Yazar: Admin

Avqustun 5-i saat 06:00-dan avqustun 7-si saat 09:00-dək Bakı şəhərinin Səbail rayonunun Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd edilən müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.


Geri dön