Ana Sayfa > Karusel / Gündəm > Tərtərdə dəfn zamanı qəbiristanlığa mərmi atılıb, 3 mülki şəxs ölüb, 3-ü yaralanıb

Tərtərdə dəfn zamanı qəbiristanlığa mərmi atılıb, 3 mülki şəxs ölüb, 3-ü yaralanıb


15-10-2020, 13:53. Yazar: Admin

 

Tərtərdə dəfn zamanı qəbiristanlığa mərmi atılıb, 3 mülki şəxs ölüb, 3-ü yaralanıb

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.

Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.


Geri dön