Ana Sayfa > Karusel / Dünya > “Berliner Zeitung”: Makronun istefası yeganə çıxış yoludur

“Berliner Zeitung”: Makronun istefası yeganə çıxış yoludur


2-08-2024, 15:42. Yazar: Admin

Fransa Prezidenti Emmanuel Makron

 

“Fransada hakimiyyətin seçkini uduzduğuna və hökumətin istefasına baxmayaraq, Makron ölkəni idarə etməkdə davam edir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yazı Almaniyanın “Berliner Zeitung” qəzetində dərc olunub.

Məqalə müəllifi E. Makronun Parisdəki Yay Olimpiadasının sonunadək hökuməti formalaşdırmayacağını bəyan etsə də, dəqiq tarixi açıqlamadığını, bununla da demokratik dəyərlərə zərbə vurduğunu qeyd edib. O, Emmanuel Makron üçün çıxış yolunu da göstərib:

“Prezident bütün demorkatik ənənələri ayaqlar altına alır, onlara zərbə vurur. Makron yaddan çıxarır ki, 2022-ci ildən sonra onun partiyası qanunverici orqanda çoxluğa yiyələnə bilməyib. Eyni zamanda Makron Mərakeşin Qərbi Saxara üzərində suverenliyinə dəstək ifadə etməklə, BMT-nin bu regiona muxtariyyət verilməsi haqqında 2007-ci ildə qəbul etdiyi qətnaməni pozur. Bir məsələni də qeyd etmək lazımdır ki, hazırda hökumətdə boş qalan vəzifələrə təyinatlar həyata keçirilməsi tamamilə qanunsuzdur. Çünki istefaya gedən hökumətdə kimsə vəzifəyə təyin oluna bilməz. Buna görə də Makronun istefası yaranmış vəziyyətdən yeganə xilas variantıdır”.

Konstitusiya hüququ üzrə ekspert Aleksandr Qiq deyir ki, sentyabradək dövlət büdcəsinin layihəsi sentyabradək qəbul olunmasa Parlament hökumətə etimadsızlıqla bağlı qərar verəcək:

“Əvvəlcə seçki təyin edib sonradan isə hər şeyi olduğu kimi saxlamaq istəyən prezident üçün demokratik dəyərlərin heç bir önəmi yoxdur. Bu məsələdə ən optimal çıxış yolu Emmanuel Makronun istefası və növbədənkənar seçkinin təyin edilməsi ola bilər”.


Geri dön