Ana Sayfa > Karusel / Gündəm > Sabahın hava proqnozu
Sabahın hava proqnozu15-10-2020, 13:03. Yazar: Admin |
Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək. Oktyabrın 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz: Oktyabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Geri dön |