Ukrayna ordusu F-16 qırıcıları ilə ilk uçuşlarını həyata keçirib.
Qarabaginfo.az bildirir ki, bu barədə “The Telegraph” yazır.
Qəzetin yazdığına görə, bu təyyarələrdən indiyədək Kiyev yalnız hava hücumundan müdafiə silahı kimi istifadə edib. Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi bunu inkar etməyib.
Bloomberg iyulun 31-də NATO müttəfiqlərindən F-16 qırıcılarının ilk partiyasının Kiyevə çatdırıldığını yazmışdı. ABŞ istehsalı olan hərbi təyyarələrin təhvil verilməsi üçün son tarix iyulun sonuna təyin edilib və bu, yerinə yetirilib. ABŞ prezidenti Co Bayden 2023-cü ilin yayında F-16 üçün ukraynalı pilotların hazırlanması proqramını təsdiqləyib.