Ana Sayfa > Karusel / Dünya > KİV: İsrail kəşfiyyatının Haniyəni Qətərdə öldürmək imkanı olub
KİV: İsrail kəşfiyyatının Haniyəni Qətərdə öldürmək imkanı olub1-08-2024, 10:33. Yazar: Admin |
İsrail kəşfiyyat xidmətləri Fələstinin radikal HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürmək imkanına malik olub, lakin siyasətçinin İrana səfəri zamanı xüsusi olaraq ona sui-qəsd etmək qərarına gəliblər. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti İsrail kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, sui-qəsd üçün Tehranın mərkəzi qəsdən seçilib. “İsrailin kəşfiyyat xidmətləri istəsəydi, Haniyəni Qətərə səfəri zamanı da yox edə bilərdi, lakin iki səbəbə görə məhz Tehran seçilib: birincisi, HAMAS liderindən xilas olmaq, ikincisi isə İranın gələcəkdə Yaxın Şərqdə alovu nə dərəcədə qaldırmaq gücündə olduğunu yoxlamaq və xaricdən yönələn təhdidlərə verəcəyi cavabla bağlı dilemma qarşısında qoymaq məqsədilə”, - qəzet vurğulayır. Geri dön |