Ana Sayfa > Karusel / Dünya > Kamala Harris demokratların prezidentliyə yeganə namizədi oldu

Kamala Harris demokratların prezidentliyə yeganə namizədi oldu


1-08-2024, 09:01. Yazar: Admin

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentlik postuna Demokratlar Partiyasının bütün tələblərinə cavab verən yeganə namizədidir. 

Bu barədə Demokratların Milli Komitəsinin yaydığı açıqlamada deyilir. Bunun üçün minimum 300 nümayəndənin dəstəyini almaq lazım idi. Bildirilir ki, partiya üzvlərinin 99 faizi Kamala Harrisin namizədliyini dəstəkləyib.

Namizədliyin təsdiqlənməsi ilə bağlı səsvermə avqustun 5-dək onlayn şəkildə keçiriləcək. Onun namizəd kimi rəsmi təsdiqi isə avqustun 19-dan 22-dək keçiriləcək Demokratların Milli Qurultayında baş tutacaq.


Geri dön