Ana Sayfa > Karusel / Region > Haniyənin öldürüldüyü binanın görüntüləri yayıldı - Fotolar

Haniyənin öldürüldüyü binanın görüntüləri yayıldı - Fotolar


1-08-2024, 08:57. Yazar: Admin

haniyenin-oldurulduyu-binanin-goruntuleri-yayildi

İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyəyə qarşı sui-qəsdin yeni təfərrüatları məlum olub.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Haniyənin öldüyü binanın fotoları yayılıb.

Bildirilir ki, Haniyəyə qarşı sui-qəsdin baş verdiyi bina İran Prezidenti Məsud Pezeşkianın iqamətgahından 150 metr aralıda yerləşir.

Xatırladaq ki, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan İ. Haniyə yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də dəfn ediləcək. Bununla əlaqədar İranda üçgünlük matəm elan olunub.

HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail tərəfi isə İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürmür.


 


Geri dön