Ana Sayfa > Karusel / Region > Rusiya Baş prokuroru: Terror hücumundan müdafiədə boşluqlara yol verilib

Rusiya Baş prokuroru: Terror hücumundan müdafiədə boşluqlara yol verilib


31-07-2024, 15:18. Yazar: Admin

Rusiya Baş prokuroru İqor Krasnov

 

”Crocus City Hall” və Dağıstanda baş verən terror aktları Rusiyanın hüquq-mühafizə orqanlarının ölkənin terror hücumundan müdafiəsində boşluqlara yol verdiyini göstərir.

Qarabaginfo.az TASS-a istinadən xəbərinə görə, bunu Rusiyanın Baş prokuroru İqor Krasnov kollegiya iclasında deyib:

“Etiraf etməliyik ki, hakimiyyət orqanları terror hücumlarından müdafiə məsələsində ciddi nöqsanlara yol verib. Bu isə qarşımızda həmin qurumların terror hücumlarına qarşı reaksiyalarını tamamilə fərqli formatda təftiş etmək öhdəliyini qoyur”.

Qeyd edək ki, martın 22-də “Crocus City Hall”a baş verən terror hücumu zamanı 140 nəfər ölüb, 500 nəfərdən çoxu isə yaralanıb. İyunun 23-də Dağıstanda kilsə və sinaqoqlar, eləcə də polis əməkdaşları hücuma əruz qalıb. Bu zaman isə 22 nəfər həlak olub, 50 nəfər xəsarət alıb. Onların arasında 17 polis əməkdaşının olduğu açıqlanıb.


Geri dön