Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycanın 4 hərbçisi Laçında kükürd qazlı sularda çimərkən zəhərlənərək vəfat edib, araşdırma aparılır

Azərbaycanın 4 hərbçisi Laçında kükürd qazlı sularda çimərkən zəhərlənərək vəfat edib, araşdırma aparılır


31-07-2024, 14:58. Yazar: Admin

Azərbaycanın 4 hərbçisi Laçında kükürd qazlı sularda çimərkən zəhərlənərək vəfat edib, araşdırma aparılır - YENİLƏNİB

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun- Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Məlumata görə, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib: "Hazırda Qubadlı hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.


Geri dön