Ana Sayfa > Karusel / Region > Pezeşkian Haniyənin qətli ilə bağlı paylaşım edib

Pezeşkian Haniyənin qətli ilə bağlı paylaşım edib


31-07-2024, 12:04. Yazar: Admin

Pezeşkian Haniyənin qətli ilə bağlı paylaşım edib

"İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq".

Qarabaginfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian HAMAS lideri İsmayıl Haniyənin qətli ilə bağlı "X" hesabında paylaşımında bildirib.

"Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm. Qürurlu İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha güclü davam edəcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək", paylaşımda qeyd olunub.


Geri dön