Ana Sayfa > Karusel / Region > “Haniyənin ölümünə baxmayaraq, İsraillə qarşıdurma davam edəcək”- HƏMAS-ın sözçüsü

“Haniyənin ölümünə baxmayaraq, İsraillə qarşıdurma davam edəcək”- HƏMAS-ın sözçüsü


31-07-2024, 11:15. Yazar: Admin

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi münaqişəni gərginləşdirəcək, lakin İsrailin radikal Fələstin hərəkatı ilə mübarizədə məqsədlərinə çatmasına kömək etməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri deyib.

“İsmail Haniyənin İsrail tərəfindən öldürülməsi HƏMAS-ın və xalqımızın iradəsini qırmağa yönəlmiş ciddi bir gərginlikdir. Bu gərginlik öz yalançı məqsədlərinə çatmayacaq”, – Əbu Zuhri deyib.

Onun sözlərinə görə, HƏMAS hərəkatı Haniyənin ölümünə baxmayaraq, İsraillə qarşıdurmanı davam etdirəcək: “HƏMAS – liderlərinin şəhadəti ilə məhv edilə bilməyən bir ideyadır. Biz qələbəyə əminik və qurbanlardan asılı olmayaraq yolumuza davam edəcəyik”.


Geri dön