Ana Sayfa > Karusel / Region > Rusiya XİN: Haniyənin qətli qəbuledilməzdir

Rusiya XİN: Haniyənin qətli qəbuledilməzdir


31-07-2024, 11:03. Yazar: Admin

Rusiya XİN: Haniyənin qətli qəbuledilməzdir

HAMAS liderinin öldürülməsi regionda münaqişəni daha da alovlandıra bilər.

Qarabaginfo.az “kp.ru”ya istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

O bu hadisəni siyasi sifariş adlandırıb və qəbuledilməz olduğunu bildirib. M. Boqdanov əlavə edib ki, baş vermiş qətl birmənalı olaraq Qətərdəki danışıqlara neqativ təsir edəcək.

Qeyd edək ki, HAMAS lideri İsmayıl Haniyə Tehrana səfəri zamanı olduğu iqamətgaha raket zərbəsi nəticəsində öldürülüb. Hadisədə onun mühafizəçisi də həlak olub.


Geri dön