Ana Sayfa > Karusel / İqtisadiyyat > Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı31-07-2024, 10:26. Yazar: Admin |
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsini dəyişməyib. Qarabaginfo.az bu barədə AMB məlumat yayıb. Son qərara əsasən, uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. “Bu qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub”, - deyə AMB bəyan edib. Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə sentyabrın 18-də açıqlanacaq. Geri dön |