Ana Sayfa > Karusel / Təhsil > Bakıda məktəbin yaxınlığında 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

Bakıda məktəbin yaxınlığında 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb


30-07-2024, 14:53. Yazar: Admin

İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub.

Bu barədə 245 saylı tam orta məktəbdən bildirilib. Qeyd olunub ki, məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib:

“Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır”(apa).


Geri dön