Ana Sayfa > Karusel / İqtisadiyyat > Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir


30-07-2024, 13:01. Yazar: Admin

Sumqayıt Kimya Sənaye Parkı

 

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Sərəncama əsasən, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş, dövlət mülkiyyətinə aid 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar) torpaq sahəsinin icarəyə vermək hüququ ilə həmin Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı iki ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.

İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.


Geri dön