Ana Sayfa > Karusel / Kriminal > Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb


30-07-2024, 12:15. Yazar: Admin

Diana Dımçenko

 

Azərbaycan avarçəkəni Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti yarışını keçirib.

Qarabaginfo.az xəbər verir ki, 1/4 finalda mübarizə aparan təmsilçimiz Aureliya-Maksima Katarina Yanzen (İsveçrə), Emma Tviq (Yeni Zelandiya), Virciniya Dias Rivas (İspaniya), Yovana Arsiç (Serbiya) və Coani Delqado (Filippin) ilə yarışıb.

O, qrupda 4-cü olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Diana mübarizəyə 3-cü qrupda, birinci zolaqda başlayıb.


Geri dön