Ana Sayfa > Karusel / Dünya > Finlandiya Prezidenti: Rusiya-Ukrayna danışıqları üçün əlverişli vaxt yetişib

Finlandiya Prezidenti: Rusiya-Ukrayna danışıqları üçün əlverişli vaxt yetişib


30-07-2024, 12:00. Yazar: Admin

Finlandiyanın Prezidenti Aleksandr Stubb

 

Rusiya-Ukrayna danışıqları üçün əlverişli vaxt yetişib, lakin bu, Ukraynanın güzəştə gedəcəyi anlamına gəlmir.

Qarabaginfo.az “Le Monde” nəşrinə istinadən xəbərinə görə, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

O bildirib ki, hazırda Ukrayna tərəfi cari ilin may ayı ilə müqayisədə daha güclü mövqeyə malikdir:

“Bu ölkə ehtiyac duyulan silah-sursat və maliyyə vəsaiti ilə təmin olunur. Hazırda vəziyyət yaz aylarındakı kimi mürəkkəb deyil. Rusiyanın cəbhədə dayanıb, itkiləri isə artmaqdadır. Vladimir Putin elə bilirdi ki, Qərb müharibədən yorulacaq və ya ABŞ-dəki prezident seçkilərinin nəticəsini gözləyəcək, lakin o yanıldı”.


Geri dön