Ana Sayfa > Karusel / İdman > Yay Olimpiya Oyunları: Hidayət Heydərov yarımfinala çıxıb

Yay Olimpiya Oyunları: Hidayət Heydərov yarımfinala çıxıb


29-07-2024, 16:21. Yazar: Admin

Hidayət Heydərov

 

Cüdo üzrə Azərbaycan millisinin üzvü Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Qarabaginfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz kanadalı Artur Margelidon ilə qarşılaşıb.

Əlavə vaxtda ipponla rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.


Geri dön