Ana Sayfa > Karusel / İdman > Olimpiada təşkilatçıları xristianlardan üzr istədi

Olimpiada təşkilatçıları xristianlardan üzr istədi


29-07-2024, 15:22. Yazar: Admin

olimpiada-teskilatcilari-xristianlardan-uzr-istedi

Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi xristianlardan üzr istəyib.

Qarabaginfo.az xəbər verir ki, buna səbəb təşkilatçıların açılış mərasimi zamanı İsa Peyğəmbərin sonuncu şam yeməyi səhnəsini canlandırarkən peyğəmbər və onun tərəfdarlarının transgender və “drag queens”lərlə əvəzlənməsi olub.

Açılış mərasimindəki həmin səhnəyə görə xristianlar Olimpiada təşkilatçılarına etiraz etmişdi. X sosial şəbəkəsinin sahibi Elon Mask da bu səhnəni tənqid edənlərdən biri idi.

Həmçinin Vatikan kilsəsi də məsələ ilə bağlı açıqlama yaymışdı.

Bu etirazlardan sonra isə təşkilatçılar həmin səhnənin görüntülərini Yutubdan silib və üzr mətni yayıblar.


Geri dön