Ana Sayfa > Karusel / Dünya > Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutulub

Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutulub


29-07-2024, 12:39. Yazar: Admin

Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutulub

Odessada Ukrayna ordusuna məxsus hərbi təyinatlı avtomobilləri yandıran 6 nəfərlik cinayətkar dəstə zərərsizləşdirilib.

Qarabaginfo.az “unian“a istinadən xəbərinə görə, bu barədə məlumatı adı çəkilən ölkənin Təhlükəsizlik Xidməti yayıb.

Bildirilib ki, iki həftə ərazində onların analoji əməli 15-dən çox avtomobilə qarşı törətdiyi ortaya çıxıb. Onlar törətdikləri əməli videokamera vasitəsilə qeydə alaraq, Rusiya tərəfinə təqdim etməkdə də təqsirləndirilir.

Ukraynanın cinayət qanunvericiliyinə əsasən, onları 8 ilədək həbs cəzası gözləyir.


Geri dön