Ana Sayfa > Karusel / Kriminal > Qadını şantaj edərək pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qadını şantaj edərək pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb


29-07-2024, 12:29. Yazar: Admin

 

Qadını şantaj edərək pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

İyulun 28-də bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılaraq nalayiq ifadələr yazılması və silinməsi müqabilində ondan pul tələb olunması barədə polisə məlumat daxil olub.

Qarabaginfo.az DİN-ə istinadən xəbər verir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən A.Ağayev müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.


Geri dön