Ana Sayfa > Karusel / Dünya > Netanyahu Colana hücumun “Hizbullah”a baha başa gələcəyini bildirib

Netanyahu Colana hücumun “Hizbullah”a baha başa gələcəyini bildirib


28-07-2024, 10:21. Yazar: Admin

Netanyahu Colana hücumun “Hizbullah”a baha başa gələcəyini bildirib

İsrail “Hizbullah”ın Colanda durzilərin yaşadığı Məcdəl Şəms yaşayış məntəqəsinə hücumunu cavabsız qoymayacaq və hücum hərəkata baha başa gələcək.

Qarabaginfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Durzi icmasının ruhani lideri Şeyx Müafiq Tariflə söhbəti zamanı deyib.

"Baş nazir İsrailin bu ölümcül hücumu cavabsız qoymayacağını və “Hizbullah”ın indiyə qədər ödədiyi ən yüksək qiyməti ödəyəcəyini vurğulayıb", - deyə Baş nazirin ofisindən verilən məlumatda deyilir.


Geri dön