Ana Sayfa > Karusel / Dünya > AP: ABŞ kəşfiyyatı Qolan təpələrinə hücumun qəsdən edildiyindən şübhələnir
AP: ABŞ kəşfiyyatı Qolan təpələrinə hücumun qəsdən edildiyindən şübhələnir28-07-2024, 10:04. Yazar: Admin |
ABŞ kəşfiyyat rəsmiləri Yaxın Şərqdəki mübahisəli Qolan təpələrinə edilən son zərbənin qəsdən törədildiyindən şübhələnirlər. Qarabaginfo.az xəbər verir ki, bu barədə Associated Press vəziyyətlə tanış olan mənbələrə istinadən yazır. Jurnalistlərin fikrincə, ABŞ Qolan təpələrinə edilən son zərbələrdə Hizbullah hərəkatının iştirakına əmindir. “Lakin Amerika kəşfiyyatçılarına qrupun bu konkret hədəfi vurmaq istədiyinə, yoxsa səhv hədəfi vurmasına hələ ki, aydın deyil”, - materialda deyilir. Qeyd edək ki, əksəriyyəti hazırda İsrailin nəzarətində olan Qolan təpələri iyulun 27-də hücuma məruz qalıb. Nəticədə azyaşlılar da daxil olmaqla 30-dan çox insan xəsarət alıb. Geri dön |