Ana Sayfa > Karusel / Region > İran Prezidentinin andiçmə mərasiminin vaxtı dəyişdirilib

İran Prezidentinin andiçmə mərasiminin vaxtı dəyişdirilib


27-07-2024, 12:29. Yazar: Admin

İran Prezidentinin andiçmə mərasiminin vaxtı dəyişdirilib

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminin vaxtı dəyişdirilib.

Qarabinfo.az IRNA-ya istinadən xəbərinə görə, yeni dövlət başçısı iyulun 28-də and içərək, vəzifəsinin icrasına başlayacaq.

Mərasimdə ölkənin Ali dini lideri Ayətullah Seyyid Əli Xamenei, yüksək rütbəli hərbçilər, eləcə də müxtəlif ölkələrin səfirlik nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, bir müddət əvvəl İran Parlamentinin Rəyasət Heyətinin üzvü Müştəba Yusifi mərasiminin iyulun 30-da keçiriləcəyinə dair açıqlama vermişdi.


Geri dön