Ana Sayfa > Karusel / Dünya > “ABŞ Baydenə görə dəhşətli günlər keçir”
“ABŞ Baydenə görə dəhşətli günlər keçir”27-07-2024, 08:58. Yazar: Admin |
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, ölkə prezident Co Baydenin indiki administrasiyasının siyasəti ucbatından dəhşətli günlər və tənəzzül yaşayır. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu haqda Floridada tərəfdarlarına bildirib. “Biz tənəzzüldə olan bir millətik. Biz öz inamını, iradəsini və gücünü itirmiş, yolumuzu azmış bir millətik. Amma bu dəhşətin davam etməsinə imkan verməyəcəyik”, - o qeyd edib. O, həmçinin Bayden və vitse-prezident Kamala Harrisi ABŞ tarixinin ən pis və səriştəsiz administrasiyası adlandırıb. Geri dön |