Ana Sayfa > Karusel / Qarabağ > Xarici səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir

Xarici səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir


27-07-2024, 08:51. Yazar: Admin

Xarici səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir

Dünyanın ən böyük dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilininin (Charles Veley) rəhbərlik etdiyi səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir.

Qarabaginfo.az xəbər verir ki, 13 ölkədən olan beynəlxalq səyahətçilərin işğaldan azad olunan ərazilərə olan səfərinin növbəti ünvanı Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpüsü olub.

Daha sonra səyyahlar Füzuli rayonunda olacaqlar, ərazilərdə aşkarlanan mina və partlamamış silah sursatların zərərsizləşdirilməsi prossesi ilə tanış olacaqlar.(Apa)


Geri dön