Ana Sayfa > Karusel / Dünya > Rusiya gəmisi Finlandiyanın ərazi sularını

Rusiya gəmisi Finlandiyanın ərazi sularını


26-07-2024, 20:29. Yazar: Admin

Rusiya gəmisi Finlandiyanın ərazi sularını pozub

 

Rusiya gəmisi Finlandiyanın ərazi sularını pozmaqda şübhəli bilinir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gün günorta saatlarında Finlandiya körfəzinin şərqində Finlandiyanın dəniz ərazisi sərhədləri Rusiya gəmisi tərəfindən pozulub.

Nazirlik xatırladıb ki, iyunun 10-da Rusiyanın dörd təyyarəsi Loviisa və Porvoo sahilləri yaxınlığında Finlandiyanın hava məkanını pozub.

"Yle" agentliyi isə Finlandiya Sərhəd Mühafizəsinə istinadən bildirib ki, bu, Rusiyanın Baltik Dəniz Donanmasının "Mixail Kazansky" tədqiqat gəmisidir. Gəmi Finlandiyanın xarici ərazi sularını Hamina şəhərinin cənubundan keçib.

"Sərhəd Mühafizəsi faktla bağlı Cinayət Məcəlləsinin ərazi pozuntusu kimi araşdırma aparır. Cinayəti törətməkdə hələlik kimliyi məlum olmayan gəmi kapitanı şübhəli bilinir", - "Yle" bildirib.


Geri dön