Ana Sayfa > Karusel / Cəmiyyət > Dövlət Agentliyinin sədri vətəndaşların müraciətlərini dinlədi - Fotolar
Dövlət Agentliyinin sədri vətəndaşların müraciətlərini dinlədi - Fotolar26-07-2024, 17:06. Yazar: Admin |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyulun 26-da Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin inzibati binasında Şirvan, Hacıqabul və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qarabaginfo.az xəbər verir ki, Agentliyin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Geri dön |