Ana Sayfa > Karusel / Dünya > Rusiya müdafiə nazirinin keçmiş müavini həbs edilib- Ordu generalı nədə ittiham olunur?

Rusiya müdafiə nazirinin keçmiş müavini həbs edilib- Ordu generalı nədə ittiham olunur?


26-07-2024, 15:35. Yazar: Admin

Rusiya Federal Təhlükəsizlik Xidməti keçmiş müdafiə nazirinin müavini – ordu generalı Dmitri Bulqakovu korrupsiya ittihamı ilə saxlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS-a FTX-dan məlumat verilib.

Bildirilib ki, general tutularaq Moskvadakı Butırka istintaq təcridxanasına yerləşdirilib və onunla bağlı istintaq hərəkətləri aparılır.

Bulqakov Müdafiə Nazirliyində ordunun maddi-texniki təminatına cavabdeh idi. 2022-ci ilin sentyabrında o, başqa işə keçməsi ilə əlaqədar nazir müavini vəzifəsindən azad edilib. Onu bu vəzifədə əvvəllər Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi vəzifəsində çalışmış general-polkovnik Mixail Mizintsev əvəzləyib.


Geri dön