Ana Sayfa > Karusel / Dünya > “İslam dünyası öz NATO-sunu yarada bilər”- Dumanın deputatı

“İslam dünyası öz NATO-sunu yarada bilər”- Dumanın deputatı


26-07-2024, 11:35. Yazar: Admin

İsrail Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə NATO-ya bənzər hərbi blok yaratmaq təşəbbüsü həyata keçirilməyə başlasa, İslam dünyası buna öz hərbi ittifaqını yaratmaqla cavab verəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Dumanın Təhlükəsizlik Komitəsinin üzvü Adalbi Sxaqoşev deyib.

Deputat qeyd edib ki, bu cür təşəbbüslər regionda sabitliyi pozur.

“Netanyahunun təklifi regionda qaynayan münaqişələri partlatmaqla bütün Yaxın Şərqdə sabitliyi poza bilər. Görünən odur ki, ABŞ və İsrail regionda qarşıdurmanı gücləndirir. Eyni zamanda başa düşmək lazımdır ki, bu təşəbbüsün inkişafı ilə Vaşinqton və Təl-Əvivə öz siyasətlərinin əleyhdarları tərəfindən konkret cavab veriləcək. İslam dünyası öz hərbi ittifaqını yaratmağa gedə bilər”, – Şxaqoşev bildirib.


Geri dön