Ana Sayfa > Karusel / İqtisadiyyat > Maliyyə monitorinqi üçün məlumatların dairəsi müəyyən edilib

Maliyyə monitorinqi üçün məlumatların dairəsi müəyyən edilib


26-07-2024, 10:57. Yazar: Admin

Maliyyə monitorinqi üçün məlumatların dairəsi müəyyən edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin in informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilməsi haqqında” qərar verib.
Qarabaginfo.az xəbər verir ki, qərara əsasən, Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilərək Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Bank və Baş Prokurorluğun informasiya sistemlərindən (ehtiyatlarından) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanunu ilə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olan aşağıdakı məlumatların elektron qaydada sorğu əsasında təxirə salınmadan almaq hüququ təmin edilməlidir:
1.1. Daxili İşlər Nazirliyi üzrə:
1.1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunda qeyd edilən eyniləşdirmə

məlumatları (soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, ümumvətəndaş pasportunun nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (bundan sonra - FİN) və fotoşəkli);
1.1.2. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsində qeyd edilən eyniləşdirmə məlumatları (soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, hansı ölkədən gəldiyi, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi, FİN-i və fotoşəkli);
1.1.3. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatlar (soyadı, adı, valideynlərinin soyadı və adı, doğulduğu yer və tarix, hansı ölkədən gəldiyi, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, yaşadığı yer);
1.1.4. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, hansı ölkədən gəldiyi, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, yaşadığı yer, ailə vəziyyəti barədə məlumat və fotoşəkli);
1.1.5. şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatlar;
1.1.6. axtarışda olan şəxslər barədə məlumatlar;
1.1.7. cinayət törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının əməliyyat - sorğu kartotekalarında mövcud olan məlumatları;
1.1.8. hüquqi və fiziki şəxslərə məxsus, dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan mexaniki nəqliyyat vasitələri barədə məlumatlar (nəqliyyat vasitəsinin növü, markası, modeli, tipi, dövlət qeydiyyat nömrəsi, sahibinin soyadı, adı, atasının adı və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN-i);
1.2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti üzrə:
1.2.1. ölkəyə gələn və ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı barədə məlumatları;
1.3. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
üzrə:

1.3.1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə verilməsi, müvəqqəti olma müddətinin uzadılması barədə məlumatlar;
1.3.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrinin verilməsi barədə məlumatlar;
1.3.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan, habelə müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatlar;
1.3.4. Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə eyniləşdirmə məlumatları (soyadı, adı, doğulduğu yer və tarix, vətəndaşlığı, sənədin növü, seriyası və nömrəsi);
1.4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə:
1.4.1. şəxsin (Azərbaycan Respublikasının vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilən eyniləşdirmə məlumatları (soyadı (əvvəlki soyadları), adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, fotoşəkli, doğulduğu yer və tarix, cinsi, vətəndaşlığı, ailə vəziyyəti, ölüm tarixi);
1.4.2. ərin (arvadın) FİN-i (olduğu halda), soyadı, adı, atasının adı barədə məlumatlar;
1.4.3. valideynlərin FİN-i (olduğu halda), soyadı, adı, atasının adı barədə məlumatlar;
1.4.4. uşağın FİN-i (olduğu halda), soyadı, adı, atasının adı barədə məlumatlar;
1.4.5. notariat qaydasında təsdiq edilmiş aşağıdakı müqavilələr barədə məlumatlar:
1.4.5.1. daşınmaz əmlakın alqı-satqısı üzrə müqavilələr, habelə torpağın icarə hüquqlarının alqı-satqısı üzrə müqavilələr barədə məlumatlar;
1.4.5.2. icarə müqavilələri barədə məlumatlar;
1.4.5.3. kredit müqavilələri barədə məlumatlar;
1.4.5.4. ipoteka müqavilələri barədə məlumatlar;

1.4.5.5. girov müqavilələri, o cümlədən pul vəsaitlərinin girovu müqavilələri barədə məlumatlar;
1.4.5.6. kirayə müqavilələri barədə məlumatlar;
1.4.5.7. borc müqavilələri barədə məlumatlar;
1.4.5.8. əmlak bölgüsü üzrə müqavilələr barədə məlumatlar;
1.4.5.9. pulun bağışlanmasına dair müqavilələr barədə məlumatlar;
1.4.5.10. beh müqavilələri barədə məlumatlar;
1.4.5.11. qiymətli kağızların özgəninkiləşdirilməsi üzrə müqavilələr barədə məlumatlar;
1.4.5.12. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi üzrə müqavilələr barədə məlumatlar;
1.4.5.13. hüquqi şəxsin paylarının alqı-satqısı və bağışlanması haqqında, habelə təsis edilməsi haqqında müqavilələr barədə məlumatlar;
1.4.5.14. hüquqi şəxsin yaradılması ilə əlaqədar notariat qaydasında təsdiq edilmiş etibarnamələr (müqavilələr) barədə məlumatlar;
1.4.5.15. elektron imzanın alınması məqsədilə notariat qaydasında təsdiq edilmiş etibarnamələr barədə məlumatlar;
1.4.6. hüquqi şəxsin təsis edilməsi zamanı notariat qaydasında təsdiq edilmiş sənədlər barədə məlumatlar;
1.4.7. pul vəsaitlərinin, qiymətli kağızların, bank və ya qiymətli kağız hesablarının idarə edilməsi ilə əlaqədar notariat əməliyyatları barədə məlumatlar;
1.5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
üzrə:
1.5.1. rezident və qeyri-rezident şəxslər tərəfindən valyuta
sərvətləri və milli valyutanın gömrük sərhədindən keçirilməsinə, eləcə də malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar valyuta əməliyyatlarına nəzarət barədə məlumatlar;
1.5.2. gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquq pozuntuları barədə məlumatlar;
1.5.3. fiziki və hüquqi şəxslərin idxal və ixrac əməliyyatlarına dair gömrük bəyannamələri barədə məlumatlar;
1.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə:
1.6.1. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri üzrə məlumatlar (hüququ rəsmiləşdirilən şəxsin (o cümlədən əvvəlki hüquq sahiblərinin) soyadı, adı, atasının

adı (hüquqi şəxs olduqda tam adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra – VÖEN), hüququn növü, daşınmaz əmlakın növü, mülkiyyət növü, qeydiyyat tarixi, ümumi sahəsi və reyestr nömrəsi);
1.6.2. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının məhdudlaşdırılması (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərinə həbs qoyulması, daşınmaz əmlaka dair tələblər), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədəolma tarixi barədə məlumatlar;
1.6.3. vergi ödəyicilərinin məlumatları (fiziki şəxsin soyadı, adı, atasının adı, FİN-i, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, doğulduğu tarix, vətəndaşlığı, hüquqi şəxsin adı, keçmiş adı, fiziki və hüquqi şəxsin VÖEN-i və onun verilmə tarixi, təşkilati-hüquqi forması, faktiki və hüquqi ünvanı, əlaqə vasitələri, dövlət qeydiyyatını aparan orqan (qurum), nizamnamə kapitalının valyutası və məbləği, mülkiyyət növü, statusu, ləğv edilmə tarixi, sorğu edilən tarixə barəsində cinayət işinin olub-olmaması, vergi borcları və səyyar vergi yoxlamaları barədə məlumatlar);
1.6.4. vergi ödəyicilərinin əsas və digər fəaliyyət növlərinin adları barədə məlumatlar;
1.6.5. hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) məlumatları (fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, doğulduğu tarix, vətəndaşlığı, hüquqi şəxsin tam adı, fiziki və hüquqi şəxsin VÖEN-i, təsisçi olduğu tarixlər) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar;
1.6.6. vergi ödəyicisi olan hüquqi şəxsin qanuni təmsilçisinin (rəhbərinin) məlumatları (fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, doğulduğu tarix, vətəndaşlığı hüquqi şəxsin tam adı, VÖEN-i, qanuni təmsilçi (rəhbər) kimi fəaliyyətinin başladığı və bitdiyi tarix);
1.6.7. vergi ödəyicilərinin təsisçisi olduğu hüquqi şəxsin (şəxslərin) məlumatları (tam adı, VÖEN-i, qeydiyyat ölkəsi, hüquqi ünvanı, mülkiyyət növü, ləğv olunma tarixi);
1.6.8. vergi ödəyicilərinin təsisçisi olduğu hüquqi şəxsin əsas və digər fəaliyyət növləri barədə məlumatlar;
1.6.9. müşahidə şurası üzvlərinin məlumatları (soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i,

doğulduğu tarix, vətəndaşlığı, müşahidə şurasının üzvü olduğu tarixlər);
1.6.10. vergi ödəyicilərinin hesabları barədə məlumatlar;
1.6.11. vergi ödəyicilərinin gəlirləri, xərcləri, mənfəəti (zərəri) və aktivləri barədə məlumatlar;
1.6.12. vergi ödəyicilərinin vergi hesablamaları, ödənişləri və artıq ödəmələr barədə məlumatlar;
1.6.13. təqdim edilmiş bəyannamə məlumatlarına əsasən muzdlu işçilərin soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, vəzifəsi və onların gəlirləri barədə məlumatlar;
1.6.14. vergi ödəyiciləri tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə hesablanmış vergilər barədə məlumatlar;
1.6.15. səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri zamanı aşkar olunan vergi qanunvericiliyinin pozulması, riskli vergi ödəyiciləri və əmtəəsiz əməliyyatlar barədə məlumatlar;
1.6.16. elektron qaimə-fakturalar və alış aktları barədə təfsilatlı məlumatlar;
1.6.17. ƏDV-nin depozit hesabı üzrə saldo və aparılan əməliyyatlar barədə məlumatlar;
1.6.18. dövlət satınalma müqavilələri barədə məlumatlar;
1.7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınmış müvafiq olaraq kiçikhəcmli gəmilər və daşınar tarix və mədəniyyət abidələri üzrə:
1.7.1. daşınar əmlakın adı və növü barədə məlumatlar;
1.7.2. daşınar əmlakın mülkiyyətçisi və onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər barədə məlumatlar (fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, FİN-i, doğulduğu tarix, vətəndaşlığı, hüquqi şəxsin tam adı, VÖEN-i və qeydiyyat ölkəsi);
1.7.3. daşınar əmlaka mülkiyyət hüququnu və digər əşya hüquqlarını təsdiq edən sənədlər barədə məlumatlar;
1.7.4. daşınar əmlak üzərində hüquqların məhdudlaşdırılmasını, başqasına keçməsini və bu hüquqlara xitam verilməsini təsdiq edən sənədlər barədə məlumatlar;
1.8. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi üzrə:
1.8.1. dövlət qulluqçusunun soyadı, adı, atasının adı və FİN-i;

1.8.2. dövlət qulluqçusunun işlədiyi dövlət orqanının və tutduğu vəzifənin adı, əmək fəaliyyətinin başlama və bitmə tarixi və stajı;
1.9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:
1.9.1. şəxsin işəgötürənlərinin adı və VÖEN-i, aylıq əməkhaqları, vəzifələri (peşələri), habelə işçi ilə əmək müqaviləsinin növü, bağlanıldığı və xitam verildiyi tarixlər, müddətli əmək müqaviləsinin müddətinin bitmə tarixi, əsas və əlavə iş yeri olması barədə qeyd və əməyin ödənilmə forması barədə məlumatlar;
1.10. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə:
1.10.1. abunəçinin FİN-i və ya VÖEN-i əsasında müəyyən edilən telefon nömrəsi (məftilli olduğu zaman ünvanı), sellülar (mobil) və simsiz telefon nömrələri;
1.10.2. abunəçinin telefon (məftilli olduğu zaman ünvanı), sellülar (mobil), simsiz telefon nömrəsi əsasında müəyyən edilən FİN-i və ya VÖEN-i;
1.11. Azərbaycan Respublikasının Mərkəzi Bankı üzrə:
1.11.1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilmiş məlumatlar.
1.12. Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə:
1.12.1. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və predikativ cinayətlərə dair işlər üzrə siyahısı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə razılaşdırmaqla müəyyən etdiyi məlumatlar.
Müəyyən edilib ki Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar bu Qərarıda qeyd olunan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə edilir.
Qərarın icrasının təmin edilməsi ilə əlaqədar xərclər Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin büdcəsi hesabına maliyyələşdiriləcək.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) qeyd olunan məlumatlarının toplandığı informasiya sistemlərinin (ehtiyatlarının) Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasını təmin etməlidir.


Geri dön