Ana Sayfa > Karusel / Dünya > Harris Trampla debata çıxmağa hazır olduğunu deyib

Harris Trampla debata çıxmağa hazır olduğunu deyib


26-07-2024, 08:23. Yazar: Admin

Harris Trampla debata çıxmağa hazır olduğunu deyib

ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı Donald Trampla debata hazır olduğunu bildirib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Harris məsələ ilə bağlı bunları deyib:

"Məndən debatla bağlı soruşurlar. Demək istəyirəm ki, mən Donald Trampla debata hazıram. Debatın əvvəl də razılaşdırıldığı kimi, sentyabrın 10-da keçirilməsinə razılıq verdim. O da bununla razılaşdı", - deyə Harris müsahibəsində bildirib.

Harrisin sözlərinə görə, Tramp debat üçün yerin dəyişdirilməsini tələb edib və bununla da qismən geri addım atmış olub.

Qeyd edək ki, Tramp növbəti debatı ABC-də deyil, Fox News-da keçirmək istədiyini açıqlamış və bunu ABC-nin qərəzliliyi ilə əlaqələndirmişdi. ABC-nin debatı sentyabrın 10-na planlaşdırılıb.


Geri dön