Ana Sayfa > Karusel / Dünya > Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb
Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb26-07-2024, 08:18. Yazar: Admin |
ABŞ prezidenti Co Bayden Ağ Evdə ölkədə səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib. Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Netanyahu Baydenlə görüşə minnətdarlıqla başlayıb. O 50 il ərzində İsraili dəstəklədiyi üçün Baydenə öz təşəkkürünü bildirib. Netanyahu və Bayden Ağ Evdə danışıqlara başlamazdan əvvəl mətbuata çox qısa açıqlama veriblər. “The Times of Israel” nəşrinin yazdığına görə siyasətçilər bir-biri ilə xoş fikir mübadiləsi apararaq jurnalistlərin çoxsaylı suallarını cavabsız qoyublar. “Cənab prezident, biz bir-birimizi 40 ildir tanıyırıq. Siz son 50 ildə İsrailin hər bir baş nazirini tanıyırsınız. İsrailə 50 illik dəstəyə görə sizə təşəkkür etmək istəyirəm”, - deyə Netanyahu tədbirin əvvəlində bildirib. Qeyd edək ki, Vaşinqtonda etirazçılar Netanyahunun heykəlini və ABŞ bayraqlarını yandıraraq Netanyahunun ölkəyə səfərinə və Fələstin məsələsinə etiraz ediblər. Netanyahunun səfər çərçivəsində həmçinin vitse-prezident Kamala Harris və sabiq prezident Donald Trampla da görüşəcəyi gözlənilir. Geri dön |