Ana Sayfa > Karusel / İdman > Azərbaycanın basketbol millisi Ermənistana qalib gəlib

Azərbaycanın basketbol millisi Ermənistana qalib gəlib


25-07-2024, 20:30. Yazar: Admin

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının C divizionunda Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib.

Qarabaginfo.az xəbər verir ki, B qrupunda yer alan millimiz qrupun son matçında rəqibinə 76:69 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamızın qrupda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər.


Geri dön