Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib25-07-2024, 19:25. Yazar: Admin |
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası və Özbəkistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. XİN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Özbəkistan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət, humanitar və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Ümumi tarixi köklərə, dilə, dinə və adət-ənənələrə malik iki qardaş ölkə arasında münasibətlərin son dövrdə yüksələn xətt üzrə inkişaf etməsinin dövlət başçılarının möhkəm siyasi iradəsi və birgə praktiki səyləri ilə müəyyən edildiyi xüsusi vurğulanıb. Qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksək səviyyədə artan təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyi qeyd olunub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğu vurğulanıb. Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb, eləcə də iki ölkə arasında imzalanmış sənədlərin inventarizasiyası həyata keçirilib. Geri dön |